Sumqayıtda evə silahlı basqın olub, ölən və yaralananlar var.
Heftelik.az-ın məlumatına görə, hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.
1950-ci il təvəllüdlü Fərəcov Dağbəyi və qızı 1985-ci il təvəllüdlü Karakaş Suzanna öldürülüb. Bundan başqa, Fərəcov Tərlan və Türkiyə vətəndaşı Karakaş Serkan yaralanıb.
Ailənin qızları Yağmur və Cansu hücum zamanı zərər çəkməyiblər.
Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, Türkiyə vətəndaşı 1985-ci il təvəllüdlü Sərkan Karakaş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir.
1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir.
1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.