Bankın strateji baxış və missiya bəyanatı əsasında strateji plan hazırlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.
Strateji plan Müşahidə Şurası tərəfindən təsdiq olunur. Strateji plan azı üç illik dövrü əhatə edir, hər il başa çatdıqdan sonra ötən ilin nəticələri əsasında strateji plana yenidən baxılır və bankın biznes profilində dəyişiklik baş verdikdə, habelə bankın fəaliyyətinə təsir edən kənar mühitdə baş verən hadisələr və təhdidlər olduqda strateji planda müvafiq dəyişikliklər edilir. Strateji plan və onda edilmiş dəyişikliklər təsdiq edildiyi tarixdən 30 (otuz) gün ərzində məlumat üçün səhmdarların ümumi yığıncağına və Mərkəzi Banka təqdim edilir. Strateji planda bankın strateji baxışı, missiya bəyanatı, risklərin təhlili, inkişaf prioritetləri və həyata keçiriləcək fəaliyyət növləri, onlar üzrə strateji hədəflər və tədbirlər planı, strateji planın həyata keçirilməsi üçün tələb olunan təşkilati struktur və maliyyə proqnozları əks etdirilir.