Prosessual hərəkətin videokonfrans əlaqə sistemindən istifadə edilməklə icrasının təşkili həvalə edildiyi şəxs şübhəli və ya təqsirləndirilən şəxs, mülki iddiaçı, mülki cavabdeh, zərər çəkmiş şəxs, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin hüquqi varisi, xüsusi ittihamçı, onların qanuni nümayəndələri və nümayəndələri, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, şahid, ekspert, mütəxəssis, tərcüməçi, yaxud məhkumu Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada yanına çağırır və ya onun olduğu yerə gəlir.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Daha sonra isə göstərilən şəxsin şəxsiyyətini müəyyən edir, videokonfrans əlaqə sistemini yaradan texniki vasitənin işini təmin edir, bu hərəkətləri protokollaşdırır.