Yükqaldıran, borudüzən kranlar və digər yükqaldırıcı qurğular planlaşdırılmış meydançalarda quraşdırılmalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Onların təzə tökülmüş, bərkidilməmiş süxurda, həmçinin pasport göstəricilərinə əsasən həmin kran üçün mailliyi yol verilən səviyyədən çox olan meydançada quraşdırılmasına yol verilmir.