Çəni çöküntülərdən təmizləmə işinə başlamazdan əvvəl onun dibini və daxili divarlarını çöküntüdən təmizləmək üçün işin aparılması layihəsi işlənib hazırlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Çənin dibinin çöküntülərdən təmizlənməsi üçün işlərə rəhbərlik edən məsul şəxs təyin olunumalıdır. İşlər bilavasitə məsul şəxsin rəhbərliyi altında aparılmalıdır.