“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim Cinayət-Prosessual Məcəlləyə müvafiq olaraq dövlət ittihamçısına verilməsi nəzərdə tutulmuş prosessual sənədləri və digər məlumatları onun həmin sistemdə yaradılmış elektron kabinetində yerləşdirir və bu barədə ona həmin sistem vasitəsilə elektron qaydada məlumat verir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Nəzərdə tutulmuş qaydada “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilmiş sənədlərin digər qaydada verilməsi məhkəmə tərəfindən tələb oluna bilməz.