Qida məhsulları ilə birbaşa təmasda istifadə olunan buxarın tərkibində sağlamlıq üçün təhlükəli olan və ya qida məhsulunun çirklənməsinə səbəb ola biləcək hər hansı kənar maddələr olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida obyektlərinə dair gigiyena tələbləri”ndə əksini tapıb.
Hermetik qablaşdırmalarda qida məhsullarının termiki (istilik) emalı həyata keçirildikdə, termiki emaldan sonra qablaşdırmaların soyudulması üçün istifadə olunan suyun qida məhsulları üçün çirklənmə mənbəyi olmaması təmin edilməlidir.