Hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Siyasi partiyalara münasibətdə ilk növbədə “Siyasi partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq, siyasi partiyanın səlahiyyətli şəxsi ərizə ilə müraciət edərək təsis yığıncağının protokolunu, partiyanın nizamnaməsini və proqramını təqdim edir. Ərizə siyasi partiyanın səlahiyyətli şəxsi və digər təsisçilər tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Təsisçilər tərəfindən müxtəlif vaxtlarda imzalanmış və notariat qaydasında təsdiqlənmiş müvafiq ərizələr bu ərizə ilə eyni anda təqdim edilməlidir.