Şimşəkdən və güclü yağışlı küləkdən sonra ildırımdan mühafizə quruluşuna baxış keçirilməli və nasazlıqlar aradan götürülməlidir.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Şimşəkli hava şəraitində ildırımdan mühafizə vasitələrin üzərində hər hansı bir iş aparmaq qadağandır. İldırımdan mühafizə vasitələrin təmiri zamanı ildırımötürücülərin qoruyucu zonaları hesablanmalıdır.