Avadanlığın təmiri partlayış təhlükəli otaqlarda aparılarkən axınlı-sorucu ventilyasiya işləməlidir.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Magistral və ya dayaq nasosun yığımı ilə bağlı təmir işləri 8 saat və daha artıq çəkərsə, nasosun qapağı gövdənin üzərinə qoyulmalı və bütün qaykalar tam sıxılmaqla bərkidilməlidir. Kipləşdiricilər quraşdırılan yerlər boğulmalıdır.