Hansı hallarda qüsurlar olduqda yükqaldıran və borudüzən kranların işinin qadağan olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Aşağıda qeyd olunan qüsurlar olduqda yükqaldıran və borudüzən kranların işi qadağandır:
– metal-konstruksiyaların əsas hissələrində çatlar (ox, rama və s.);
– əyləclərin nasazlığı;
-polad burazların, qarmağın və qaldırıcı mexanizmin yol verilə bilən səviyyədən artıq köhnəlməsi;
– bucurqadın oxlu barabanının dilçəkli mexanizminin dilçəklərinin sınması;
– nəzarət cihazlarının nasazlığı.