Cinayət prosesi iştirakçısının Azərbaycan Respublikasının hüdudlarından kənarda olması səbəbindən onun videokonfrans əlaqə sistemi vasitəsilə dindirilməsi zərurəti yarandıqda, bu haqda müvafiq olaraq müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin qəbul etdiyi qərar icra olunması üçün hüquqi yardımın göstərilməsi qaydasında xarici dövlətin müvafiq dövlət qurumuna göndərilir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.