Qazsızlaşdırma (ventilyasiya) prosesindən sonra analiz edilən buxar-hava qarışığının nümunəsi istənilən tip çənin aşağı hissəsindən, çənin divarından 2 m aralı və çənin dibindən 0,1 m hündürlükdən götürülməlidir.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Pantonlu (üzən damlı) çənlərdə analiz üçün havanın nümunəsini pantonaltı və pantonüstü sahədən, çənin divarından 2 m aralı və çənin dibindən (pantondan) 0,1 m hündürlükdən, eləcə də pantonun hər bir qutusundan götürülməlidir.