Çəni istismardan çıxarmaq üçün hansı əməliyyatların yerinə yetirilməli olduğu müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Çəni istismardan çıxarmaq üçün aşağıdakı əməliyyatlar yerinə yetirilməlidir:
– çən texnoloji xətdən ayrılmalı;
– siyirtmələr əl ilə bağlanmalı və tam sıxılmalı;
– siyirtmələrin kipliyi yoxlanılmalı;
– siyirtmələrin və çöküntülərin yuyulması üçün qurğu elektrik qida mənbəyindən ayrılmalı;
– elektrik intiqalında və idaretmə açarında xəbərdaredici nişanlar asılmalıdır.