Dam örtüyü işləri aparılan zonalar işçilərin çənin daxilinə yıxılmalarının qarşısının alınması üçün möhkəm şitlərlə və döşəmələrlə gücləndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Çənin damının kənarları mühafizə çəpərləri ilə təchiz edilməlidir. Çəpərin məhəccərinin hündürlüyü 1,2 m-dən, bortunun hündürlüyü isə 0,15 m-dən az olmamalıdır. Qoruyucu çəpərlərin aşmasının istisna edilməsi üçün onların bərkidici hissələri lazımi qədər möhkəm olmalıdır.