Bank uzunmüddətli dövr üzrə dayanıqlığını təmin etmək məqsədilə strategiyasında fəaliyyətinə əhəmiyyətli təsiri olan və ya ola biləcək ekoloji (iqlim dəyişmələri, ətraf mühitin deqradasiyası, ekosistemdə pozuntular və s.), sosial (gender məsələləri, inklüzivlik, əmək münasibətləri, insan resurslarına investisiya və s.) və idarəetmə (təşkilati struktur, mükafatlandırma, işçi münasibətləri, müxtəliflik və bərabərlik və s.) amillərini (ESİ amilləri) nəzərə almalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.