“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə, məhkəmə, Cinayət-Prosessual Məcəlləyə müvafiq olaraq qəbul etdiyi hökm, qərar və digər prosessual sənədləri elektron sənəd formasında tərtib edərək Cinayət-Prosessual Məcəllədə həmin prosessual sənədlər üçün müəyyən edilmiş müddətlərdə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.