İstismar və təmir zamanı partlayış təhlükəli zonalarda və avadanlıqlarda nələrin qadağan olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İstismar və təmir zamanı partlayış təhlükəli zonalarda və avadanlıqlarda aşağıdakılar qadağandır:
– gərginlik altında olan avtomatika və telemexanika sistemləri avadanlıqlarını təmir etmək;
– elektrik avadanlığının cərəyandaşıyıcı hissələri gərginlik altında olan zaman onun örtüyünü açmaq;
– qısa qapanma zamanı avtomatik açılmış avadanlığı, açılmanın səbəbi aydınlaşdırılmadan və aradan götürülmədən işə salmaq.