Messidən yeni rekord

31 Oktyabr 2023, 10:23

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu ada Argentina millisinin hücumçusu Lionel Messi layiq görülüb. O, 8-ci dəfə bu mükafata sahib çıxmaqla öz rekordunu yeniləyib.

Qeyd edək ki, Messi 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə bu mükafatı qazanıb.