İstehlaka hazır qidalar istehsalçı tərəfindən istehlaka hazır formada istehsal edilən, mikroorqanizmlərin məhv edilməsi və ya sayının məqbul səviyyəyədək azaldılması üçün bişirilmə və ya digər emal prosesləri tələb etməyən, birbaşa istehlaka hazır qidalardır.

Heftelik.az-ın məlumatına görə, bu, “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda əksini tapıb.

Prosesin gigiyenik göstəricisi istehsal prosesinin məqbulluğunu müəyyən edən, ticarət şəbəkələrində yerləşdirilən məhsullara tətbiq edilməyən, çirklənmənin yol verilən həddini göstərən və həmin hədlərdən yüksək nəticələr aşkar edildikdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə müvafiq olaraq, texnoloji prosesin təhlükəsizliyini təmin etmək üçün tənzimləyici tədbirlərin həyata keçirilməsinin zəruriliyini müəyyən edən meyardır.