Qida subyektləri insanların qidalanması üçün yararsız olan məhsulları ayırmaq üçün onların çeşidlənməsini təşkil etməli və belə məhsulların gigiyena tələblərini gözləməklə utilizasiyasını, yaxud məhv edilməsini təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İlkin istehsal və əlaqəli fəaliyyətlərlə bağlı gigiyena tələbləri”ndə əksini tapıb.
Qida subyektləri eyni zamanda bütün hallarda çirklənmənin qarşısının alınması üçün məişət (təsərrüfat)-içməli su istifadə etməli, qida məhsulları ilə təmasda olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməsini, habelə onlara gigiyenik təlimlərə cəlb olunmasını təmin etməlidir.