Tələbə qəbulu üçün imtahanların keçirilməsi ilə bağlı xərclər artırılır.
Heftelik.az-ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsil müəssisələrinə və ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi ilə bağlı xərclər üçün 18,9 milyon manat və ya 2023-cü illə müqayisədə 3,5 milyon manat və ya 22,6 faiz çox vəsait proqnozlaşdırılıb.