Arxiv arayışı Penitensiar Xidmətin xüsusi blankında sənədin adı_-”Arxiv arayışı” göstərilməklə tərtib olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Təkrar arxiv arayışları tərtib olunarkən arxiv işləri bölməsinin əməkdaşları əvvəlki və yeni arayışlarda verilən məlumatların uyğunluğunu yoxlayır, yeni arayışı arxiv sənədlərində aşkar edilən əlavə məlumatlarla tamamlayır.