Bankın Müşahidə Şurası və İdarə Heyəti bankın məqsədi, fəaliyyət hədəfləri, daxili riskləri, habelə bank fəaliyyətinə təsir edən kənar mühitdə baş verən hadisələr və təhdidlər barədə məlumatlı olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Bank holdinq şirkətinin Müşahidə Şurası bank holdinq şirkətinin və onun törəməsi olan bankın üzləşəcəyi və fəaliyyətinə təsir edəcək bütün risklər ilə bağlı məlumatlı olmalıdır. Bu zaman bank holdinq şirkətinin Müşahidə Şurasının fəaliyyəti törəmə bankın Müşahidə Şurasının fəaliyyət müstəqilliyinə xələl gətirməməlidir. Bankın xarici ölkədə yerləşən törəmə bankında bu Standartların tələbləri yerləşdiyi ölkədə müəyyən edilən  korporativ idarəetmə standartlarına zidd olmayan hissədə tətbiq edilir.