Qapayıcıların qəbul-paylama qurğusunun əsas siyirtmələrində quraşdırılması üzrə işlər, çəndəki neftin səviyyəsi qəbul-paylama qurğusunun qısa borusunun alt səviyyəsindən aşağı olduqda həyata keçirilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Çənlərin qazsızlaşdırılması üçün partlayışdan mühafizəli, yerləbirləşdirilmiş və divardan 5m-dən az olmayan məsafədə, özül üzərində quraşdırılmış sərinkeşlərdən istifadə edilməlidir.