Çənlərin təmizlənməsi zamanı təhlükəsizlik tələbləri məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Çənlərin dibinin və daxili səthinin təmizlənməsi üzrə işlərin aparılması üçün aşağıdakı sənədlər olmalıdır:
– çənlərin təmizləmə işlərinə hazır olduğu barədə akt;
– istifadə ediləcək elektrik avadanlığının müvafiq norma və qaydalara uyğunluğunun yoxlanılmasına dair akt;
– çənin təmizlənməsi üzrə işlərin, neft buxarlarının qatılığının təyini üzrə ölçmə işlərinin qeydiyyatı jurnalı;
– çənin təmizlənməsində əməyin mühafizəsi üzrə təlimat.