Gigiyena tələblərinə dair qaydalara əməl edilməsi ilə bağlı təlim keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida obyektlərinə dair gigiyena tələbləri”ndə əksini tapıb.
Qida subyektləri aşağıdakıları təmin etməlidirlər:
– qida məhsulları ilə təmasda olan işçilərin icra etdikləri işə uyğun olaraq gigiyenik təlimlərə cəlb etmək və onlara nəzarət etmək;
– qida məhsulları üzrə fəaliyyətin müxtəlif sahələrində işləyən şəxslər üçün mövcud qanunvericiliyin tələblərinə və qabaqcıl təcrübəyə uyğun olaraq təlim proqramlarını təşkil etmək.