Hermetikləşdirici kamera fasiləsiz iş rejimində işləyən stasionar qazanalizatoru ilə təchiz olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Hermetikləşdirici kameranın istismarı qadağandır:
– təyin olunmuş yerlərdə qəza-xilasetmə ləvazimatları olmadıqda;
– hermetikləşdirici kameradan kənarda növbətçilər (xilasedicilər) olmadıqda;
– şaxta və hermetikləşdirici kamera bərkidilməmiş olduqda və ballastlaşması olmadıqda;
– mexaniki ventilyasiya olmadıqda;
– qəza işıqlanma və qəza ventilyasiya, qəza vəziyyəti üçün xilasetmə və qoruyucu vasitələr olmadıqda;
– kameranın gövdəsinin zədələndiyi şəraitdə (çat şəkilli qüsur, əzik və yarıq)
– kipləşdiricilərin zədələndiyi hallarda;
– vintli sıxacların işinin pozulması və ya onların zədələnməsi zamanı.