Ləğv prosesində olan “Muğanbank”da sığortasız əmanətin məbləği təxminən 102 milyon manatdır.
Heftelik.az xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov məlumat verib.
Taleh Kazımov deyib ki, 102 milyon sığortasız əmanətin 76 milyonu fiziki şəxslərindir: “76 milyonun da 61 milyon manatı 1 fiziki şəxsə aiddir. Qalan 25 milyon hüquqi şəxslərin pullarıdır. Onun da 50 faizi 2 şirkətindir. Buna görə deyirik ki, “Muğanbank”ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinə təsir etmir”.