Pirofor çöküntülərindən təmizlənməzdən əvvəl çənlər su buxarı ilə doldurulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Buxara verildikdən sonra çənlər yuxarı səviyyəyədək su ilə doldurulmalıdır. Pirofor çöküntülərinin yavaş-yavaş oksidləşməsini təmin etmək üçün suyun səviyyəsi, sürəti 0,5÷1m/saat-dən çox olmamaq şərtilə, tədricən aşağı salınmalıdır. Çənin su ilə doldurulması mümkün olmadıqda, pirofor çöküntülərini nəm halda saxlamaq üçün təmizlənmə zamanı onun daxili səthi su ilə isladılmalıdır.