Qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqan tərəfindən qida məhsullarının daşınması, paylanması və saxlanması zamanı yoxlanılan meyarlar göstəricilərə uyğun olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Qida subyektləri istehsal və emal proseslərinin hər bir mərhələsində məhsulların istehsal gigiyenası göstəricilərinə uyğunluğunu təmin etməlidirlər.