Təmizləmə üsulları və prosedurları açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida obyektlərinə dair gigiyena tələbləri”ndə əksini tapıb.
Təmizləmə proseduru aşağıdakılardan ibarət olmalıdır:
– səthlərdən böyük qırıntıların kənarlaşdırılması;
– torpaq və bakteriya təbəqəsinin yumşaldılması üçün yuyucu vasitə məhlulunun səthə çəkilməsi və həmin səthin üzərində yuyucu vasitə məhlulunun saxlanılması;
– yumşaldılmış torpağın və yuyucu vasitələrin qalıqlarının təmizlənməsi üçün tələblərə uyğun olan su ilə yuyulması;
– quru təmizləmə və ya qırıntıların təmizlənməsi və yığılması üçün digər fiziki və mexaniki üsullar;
– istehsalçının təlimatında yuyulma tələb edilməməsi elmi əsaslandırılmışdırsa, sonradan yumaqla dezinfeksiya.