Nasos avadanlığı, bağlayıcı armaturlar və texnoloji boru xətlərinin təmiri zamanı hava mühitinə nəzarət edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Təmir vaxtı neft məhsulları buxarlarının qatılığının buraxılabilən həddən çox olması aşkarlanarsa, işlər dayandırılmalı, işçilər isə təhlükəli zonadan uzaqlaşdırılmalıdır.
Qurğu və tutumların daxilində yanar qaz və buxarlar mövcud olduqda, odlu işlərin aparılması qadağandır.