Bank öz əməliyyatları, maliyyə vəziyyəti, qarşılaşdığı risklər və bankın biznes proseslərinə təsir edən qərarları barədə Müşahidə Şurasına və İdarə Heyətinə məlumatlandırmanı effektiv şəkildə təmin edən hesabatlılıq sisteminə malik olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Banklarda korporativ idarəetmə Standartları”nda əksini tapıb.

Bankda bütün əməliyyatlar baş avtomatlaşdırılmış əməliyyat sistemində əks olunur və bankın əməkdaşları səlahiyyəti daxilində bu sistemə daxil olmaq imkanına malik olmalıdırlar. Filial və şöbələrin əməliyyatları bankın baş avtomatlaşdırılmış əməliyyat sistemində real vaxt rejimində əks etdirilməlidir.