Nəqliyyat vasitələri və ya konteynerlərdə olan qida məhsulları çirklənmə risklərini minimuma endirəcək formada yerləşdirilməli və mühafizə olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida obyektlərinə dair gigiyena tələbləri”ndə əksini tapıb.
Maye, doğranmış, dənəvər və ya toz formasında olan qablaşdırılmamış açıq vəziyyətdə olan qida məhsulları bu məqsəd üçün nəzərdə tutulan qablarda, konteynerlərdə və ya tankerlərdə aparılmalıdır. Belə qabların, konteynerlərin və ya tankerlərin qida məhsullarının daşınması üçün nəzərdə tutulmasını göstərmək məqsədilə onların üzərində aydın və pozulmayacaq formada Azərbaycan dilində “Yalnız qida məhsulları üçün” sözləri həkk olunmalıdır.