Çənin təmizlənməsi üzrə hazırlıq işlərinə və işlərin təhlükəsiz görülməsinə müəssiənin əmri ilə cavabdeh şəxs təyin edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Çənin dibinin və daxili səthinin təmizlənməsi üzrə işlərə başlamazdan əvvəl və işlər aparılarkən yoxlanılmalıdır:
– səyyar yerləbirləşdirici qurğuların mövcudluğu;
– istifadə ediləcək avadanlığın partlayışdan mühafizəsi və qığılcım təhlükəsizliyi üzrə müvafiq norma və qaydaların tələblərinin yerinə yetirildiyi:
– işlərin yerinə yetirilməsinə gündəlik buraxılış qaydalarının və işin sonunda işlərin icra edildiyi yerlərə baxışın təmin edilməsi;
– çənin təmizlənməsi üzrə işlər görülərkən zonanın mühafizəsinin təşkilinə olan tələblərin yerinə yetirildiyi;
– çəndə təmizləmə işləri aparılan müddətdə çənlər parkında texnikanın hərəkətinin təşkilinə olan tələblərin yerinə yetirildiyi;
– yükqaldırıcı mexanizmlərlə işləmə qaydalarının yerinə yetirildiyi;
– hündürlükdə işlər yerinə yetirilərkən təhlükəsizlik tələblərinin təmini.