Sumqayıtda özəl klinikalardan birində ölüm faktı baş verib.
Heftelik.az-ın xəbərinə görə, 1986-cı il təvəllüdlü Elbrus Hörmət oğlu Hüseynov Sumqayıtdakı “Doktor AZ” klinikasında antibiotik iynəsi vurulduqdan sonra ölüb.
Klinikadan bildirilib ki, xəstəyə antibiotik probu qoyulub və bu zaman anafilaktik şok halı baş verib. Vəziyyəti ağırlaşan E. Hüseynov orada ölüb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.