Qida subyektləri “Qida məhsullari üzrə gigiyena tələblərinə dair qaydalar”da müəyyən edilmiş qabaqcıl gigiyena təcrübəsi ilə yanaşı HACCP prinsiplərinə əsaslanan prosedurların tətbiqini də dəstəkləməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqan qida məhsullarının təhlükəsizliyinə şübhə olduğu hallarda qeyd edilməyən mikroorqanizmlər, onların toksin və metabolitlərini müəyyən etmək məqsədilə istehsal prosesinin uyğunluğunun araşdırılması və ya risk təhlili çərçivəsində nümunə götürmə dairəsinin genişləndirilməsi və laborator müayinələr aparmaq hüququna malikdir. Bu məqsədlə qeyd edilən göstəricilər nəzərə alınır.
Qida məhsullarının istehsal fəaliyyəti ilə məşğul olan qida subyektləri istehsal gigiyenası göstəricilərinə uyğunluğu təmin etməlidirlər.