Hermetik qablaşdırılmış qida məhsullarının istiliklə emalı (termiki emal) ilə bağlı gigiyena tələbləri məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida obyektlərinə dair gigiyena tələbləri”ndə əksini tapıb.
Emal olunmamış məhsulun emal edilməsi, yaxud emal edilmiş məhsulun növbəti emalı üçün istifadə olunan termiki emal prosesi zamanı aşağıdakılar təmin olunmalıdır:
– emal olunan qida məhsulunun temperaturunun tənzimlənməsi;
– emal zamanı qida məhsulunun çirklənməsinin qarşısının alınması.
Tətbiq olunan istehsal prosesləri üzrə əməliyyatlar beynəlxalq standartlara (məsələn: pasterizasiya, UHT-ultrayüksək temperatur, yaxud sterilizasiya) uyğun olmalıdır.