Heyvan yetişdirən yaxud heyvan mənşəli qida xammalı istehsal edən qida subyektlərinin hansı qeydləri aparmalı olduğu müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “İlkin istehsal və əlaqəli fəaliyyətlərlə bağlı gigiyena tələbləri”ndə əksini tapıb.
Heyvan yetişdirən yaxud heyvan mənşəli qida xammalı istehsal edən qida subyektləri aşağıdakıların qeydlərini aparmalıdır:
– heyvanlara verilən yemin xüsusiyyətləri və mənşəyi;
– heyvanlara tətbiq edilən müalicə üsulları və baytarlıq preparatları, o cümlədən onların orqanizmə daxil edilmə və daxil edilmənin dayandırıldığı tarixləri;
– heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinə təsir edə biləcək xəstəliklərin baş verməsi;
– diaqnostika məqsədilə heyvanlardan götürülmüş nümunələrdə insan sağlamlığı üçün əhəmiyyət kəsb edən müvafiq sınaqların nəticələri;
– heyvanlar və heyvan mənşəli qida məhsulları ilə bağlı aparılmış baytarlıq nəzarəti tədbirləri (yoxlamalar və hesabatlar).