Nəzarət-ölçü cihazlarının və avtomatika vasitələrinin quraşdırıldığı yerlərə xidməti heyətin sərbəst girişi təmin olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Neftvurma stansiyasının əsas və köməkçi avadanlıqlarının avtomatik qoruyucu sistem və qurğularına qoşulmuş yanğın siqnalizasiya sistemlərinə texniki xidmət üzrə işlər stansiyanın işi dayandırıldıqdan sonra aparılmalıdır.