“Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları” qida zəncirinin müxtəlif mərhələlərində qida məhsullarının mikrobioloji təhlükəsizliyinə dair əsas göstəriciləri və qida zənciri subyektlərinin bu sahədə vəzifələrini müəyyənləşdirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Bu Qaydalar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa, Avropa Birliyi Komissiyasının 2073/2005 (EC) saylı “Qida məhsullarının mikrobioloji kriteriyaları” Reqlamentinə əsasən hazırlanıb.