Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnkişafı Fondu yaradılacaq.

Heftelik.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”ndə əksini tapıb.

Akademiyanın İnkişafı Fondunu yaratmaq və fəaliyyətini təşkil etmək AMEA-nın hüquqları sırasına daxil edilib.