Bitki mənşəli qida məhsulları istehsal edən yaxud yetişdirən (yığımını həyata keçirən) qida subyektlərinin hansı qeydləri aparmalı olduğu müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “İlkin istehsal və əlaqəli fəaliyyətlərlə bağlı gigiyena tələbləri”ndə əksini tapıb.
Bitki mənşəli qida məhsulları istehsal edən yaxud yetişdirən (yığımını həyata keçirən) qida subyektləri aşağıdakıların qeydlərini aparmalıdır:
– bitki mühafizəsi vasitələrinin tətbiqi nəticələrini;
– bitki mənşəli məhsulların təhlükəsizliyinə təsir edə biləcək hər hansı zərərvericilərin və ya xəstəliklərin baş vermə hallarını;
– insanların sağlamlığının və ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bitki və bitkiçilik məhsullarından götürülmüş nümunələr və ya zərərvericilər üzərində aparılmış sınaqların və təhlillərin nəticələri.