Qida məhsulları ilə təmasda olan səthlər saz vəziyyətdə olaraq asan təmizlənməli, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida obyektlərinə dair gigiyena tələbləri”ndə əksini tapıb.
Səthlərin üzlənməsi zamanı hamar, yuyula bilən, korroziyaya davamlı və tətbiqinə icazə verilən qeyri-toksik materiallardan istifadə edilməlidir.