Çənin daxilində işlərin aparılmasına, neft buxarlarının qatılığı işçi zonanın havasında olan zərərli maddələrin buraxılabilən qatılıq həddindən (0,3 q/m3) çox olmadıqda və temperatur yol verilən sanitar normalardan artıq olmadıqda yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Çənin daxili səthinin təmizlənməsi üzrə işləri yerinə yetirən işçilər şlanqlı və ya izoləedici əleyhqaz, xüsusi geyim və xüsusi ayaqqabıda (polad dabansız və mıxsız) olmalıdır.