Qida obyektlərinin quruluşu və yerləşmə vəziyyəti qabaqcıl gigiyena təcrübəsinin tətbiqini və istehsal prosesinin ardıcıllığını təmin etməklə yanaşı, əməliyyatlar zamanı çarpaz çirklənmənin baş verməsinin qarşısını almalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida obyektlərinə dair gigiyena tələbləri”ndə əksini tapıb.
Döşəmə və divar səthləri hamar və təmirli olmalı, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin etməlidir. Həmçinin döşəmənin və divarın səthlərində su keçirməyən, özünə su çəkməyən (qeyri-hopdurucu), yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı olan, qida məhsullarının hazırlanması, emalı həyata keçirilən qida obyektlərində qeyri-toksik inşaat materiallarından istifadə edilməlidir. Döşəmə səthləri drenajın aparılmasına imkan verməlidir. Divarlar isə həyata keçirilən əməliyyat növünə uyğun olaraq, münasib hündürlükdə hamar səthə malik olmalıdırlar (yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı inşaat materialları ilə üzlənməlidir).