Cinayət işinin materialları hər bir qovluğun üzərində müvafiq yazıları və orada olan sənədlərin siyahısı cildlənmiş bir və ya bir neçə qovluqda tikilməlidir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət işinin materiallarına aid sənədlərin surətləri cinayət prosesini həyata keçirən orqan tərəfindən düzgünlüyü təsdiq edilmiş kağızda və ya elektron daşıyıcısında çıxarıla bilər.