Videokonfrans əlaqə sistemindən istifadə edilməklə prosessual hərəkətlər Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Məhkəmə icraatı zamanı prosessual hərəkətlər cinayət prosesi tərəflərinin vəsatəti və şübhəli və ya təqsirləndirilən şəxs, mülki iddiaçı, mülki cavabdeh, zərər çəkmiş şəxs, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin hüquqi varisi, xüsusi ittihamçı, onların qanuni nümayəndələri və nümayəndələri, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, şahid, ekspert, mütəxəssis, tərcüməçi, yaxud məhkumun müraciəti, yaxud məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin əsaslandırılmış qərarı əsasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilir. Məhkəmə bir və ya bir neçə prosessual hərəkətin, habelə icraatın tamamilə və ya qismən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi barədə qərar qəbul edir.