Doldurma-boşaltma əməliyyatları vaxtı doldurma-boşaltma estakadalarında və sahil qurğularında təmir işlərinin aparılması qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Nasos avadanlıqları, bağlayıcı armaturları və texnoloji boru kəmərləri üzrə aparılan təmir işləri zərbədən qığılcım əmələ gətirməyən metaldan hazırlanmış alət və qurğularla aparılmalıdır.